Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2019 12:48
Bakı. Trend:
NATO-nun Mənzil-Qərargahında Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasina töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Brüssel şəhərinə yola düşüb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 25-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.
Səfər çərçivəsində Müdafiə nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin