Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İstanbulda Alim Qasımov və Fərqanə Qasımovanın konserti keçirilib - FOTO

İstanbulda Alim Qasımov və Fərqanə Qasımovanın konserti keçirilib - FOTO

Tarix: 15 Iyun 2023 00:30

İstanbulda Atatürk Mədəniyyət Mərkəzində Alim Qasımov və Fərqanə Qasımovanın konserti keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, konsert proqramı Azərbaycanın İstanbuldaki Baş konsulluğu və İstanbul Aydın Universitetinin təşkilatçılığı ilə baş tutub.

Konsert 2023-cü ilin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən "Heydər Əliyev ili" elan olunması çərçivəsində Ümummilli liderin 100 illiyi qardaş Türkiyədə də silsilə tədbirləri çərçivəsində keçirilib.

Azərbaycan Respublikasının xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifasında Azərbaycan milli muğamının inciləri tamaşaçılara təqdim olunub.

Konsert proqramının açılış mərasimində çıxış edən Azərbaycanın İstanbuldaki Baş konsulu Nərminə Mustafayeva və İstanbul Aydın Universitetinin İdarə heyətinin sədri dos.dr. Mustafa Aydın öz çıxışları zamanı, Heydər Əliyevin siyasi irsinin və ideologiyasının həm Azərbaycan tarixində,həm də Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsində böyük əhəmiyyətindən danışdılar.

Milli.Az


Etiketlər:  İstanbulda Alim Qasımov Fərqanə Qasımovanın konserti keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ