Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2023 11:32
Türkiyənin Diyarbəkir şəhərində iki ailə arasında ərazi üstündə başlayan mübahisə böyük faciə ilə nəticələnib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, münaqişə zamanı silahlar işə düşüb. Nəticədə doqquz nəfər həlak olub, iki nəfər yaralanıb.
Bildirilir ki, dava 200 hektar sahəsi olan torpaq üstündə olub.
Hadisə yerinə polislər və təcili yardım xidməti cəlb ediliblər.
Baş verən faciə ilə əlaqədar istintaq başlanılıb.