Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2023 12:16
Qərb ölkələri əks-hücumda iştirak etmək üçün təxminən 60 min Ukrayna əsgəri hazırlayıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli məlumat verib.
O, Kiyevə silah və hərbi texnika tədarükünü koordinasiya edən qrupun növbəti iclasının nəticələrinə yekun vurub:
"Ümumiyyətlə, beynəlxalq səylər nəticəsində 60 minə yaxın Ukrayna əsgəri hazırkı hücum əməliyyatı üçün hazırlanıb".
Xatırladaq ki, 60 min əsgərdən 24 mininə AB ölkələri təlim keçib.
Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı iyunun 4-də başlayıb.