Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Beyons bu ay əlavə sürpriz üçün məsuliyyət daşıyır...''

''Beyons bu ay əlavə sürpriz üçün məsuliyyət daşıyır...''

Tarix: 16 Iyun 2023 18:34

Mənzil-qərargahı Kopenhagendə yerləşən "Danske" bankının iqtisadçıları iddia edib ki, amerikalı müğənni Beyonsun özünün "Renaissanse" dünya turnesini Stoqholmdan başlamağa qərar verməsi İsveçdə inflyasiyanın gözlənilən göstəricilərinin artmasına gətirib çıxarıb.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq "Financial Times" qəzeti yazıb.

İsveçin Statistika İdarəsi cümə günü məlumat verib ki, enerjidaşıyıcılarının qiyməti nəzərə alınmadan illik inflyasiya aprel-may aylarında cəmi 0, 2 faiz aşağı düşüb, bu da iqtisadçılar və Mərkəzi Bankın ümid etdiklərindən azdır.

"Danske"nin iqtisadçıları hesab edir ki, Beyonsun dünya turnesini Stoqholmdan başlamaq qərarı otellərin qiymətinin kəskin artımına səbəb olub, bu da o deməkdir ki, ölkədəki inflyasiya gözləntiləri üstələyib.

Müğənninin İsveçdə iki konsertində təxminən 46 min adam iştirak edib, onların çoxu otellərdə qalan xaricilər olub və nəticədə qiymətlər qalxıb.

Bunu İsveçin Statistika İdarəsinin məlumatları da təsdiq edir. Otel-restoran kompleksində qiymətlər enməyib, əksinə, aprel-may aylarında 0, 3 faiz, əyləncə və mədəniyyət sahəsində isə 0, 2 faiz artıb.

"Beyons bu ay əlavə sürpriz üçün məsuliyyət daşıyır. Bu, bir hadisə üçün kifayət qədər qəribədir. Biz əvvəllər belə şey görməmişik", - bunu İsveçin "Danske" bankının baş iqtisadçısı Maykl Qran deyib və qeyd edib ki, müğənni inflyasiyanın 0, 2 faiz artımına səbəb olub.

O, qeyd edib ki, iri mədəni və idman tədbirləri həqiqətən qiymətlərin qısamüddətli artımına səbəb ola bilər, lakin onların bütöv bir dövlətin inflyasiya səviyyəsinə təsir göstərməsi nadir hadisədir.

"Biz iyun ayında bu gözlənilməz artımın geri dönəcəyini gözləyirik, çünki otellər və biletlərin qiymətləri normaya dönəcək", - Qran əlavə edib.

"Financial Times" qeyd edir ki, Beyonsun yeddi ildə eyniadlı albomuna həsr edilmiş "Renaissance" ilk dünya turu ABŞ-da böyük rezonans doğurub.

Orada İsveç kronunun daha aşağı kursundan istifadə etməyə və müğənninin daha ucuz başa gələcək Stoqholmdakı konsertinə getməyə fəal şəkildə çağırış edilib.

Milli.Az


Etiketlər:  Beyons əlavə sürpriz üçün məsuliyyət daşıyır


RƏYLƏR