Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2019 14:33
Bakı. Elçin Mehdiyev - Trend:
Nazirlər Kabinetinin şöbə müdiri işdən azad edilib.
Bu barədə Trend Nazirlər Kabinetinin saytına istinadən xəbər verir.
Məlumata görə, Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov tutduğu vəzifəsindən azad edilib.
Hələlik onun yerinə heç bir təyinat olmayıb.
Qeyd edək ki, Nazirlər Kabinetində Aparat rəhbəri, Baş Nazirin köməkçisi, hüquq, humanitar və sosial məsələlər şöbələrinin müdiri, işlər müdiri vəzifələri vakant olaraq qalır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin