Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ermənistan təxribatlarını davam etdirərsə, Suriyaya çevrilə bilər” - RƏY

“Ermənistan təxribatlarını davam etdirərsə, Suriyaya çevrilə bilər” - RƏY

Tarix: 17 Iyun 2023 17:06

"Ermənistan təxribatlarını davam etdirərsə, gələcəkdə Suriyaya çevrilə bilər".

Bunu "Report"a açıqlamasında siyasi analitik Əziz Əlibəyli deyib.

O söyləyib ki, proseslərin inkişaf perspektivləri və Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması həm də bölgədəki güclərdən asılıdır: "ABŞ artıq Arazdəyən yaşayış məntəqəsində yerləşməyə başlayıb. Avropa İttifaqı isə Göyçə tərəfdədir. Türkiyə sərhədi boyunca rusiyalı və iranlı hərbçilər xidmət edir. Bu geosiyasi vəziyyət Ermənistanı regionun Suriyasına çevrilməsi üçün əlverişli şərait yaradır. Ermənistan təxribatlarını davam etdirərsə, gələcəkdə Suriyaya çevrilə bilər, çünki rəsmi İrəvan həmin qüvvələri balanslaşdıra bilmir".

Politoloq bildirib ki, hazırda Cənubi Qafqazda böyük güclərin hesablaşması davam edir: "Şərqi Avropa və Mərkəzi Asiyadan sonra Qafqaz üçüncü böyük hesablaşma mərkəzinə çevrilib. Sülh istiqamətində ciddi irəliləyiş əldə olunub. Amma bu nəticələr təhlükəlidir. Hər an əks-effekt verə bilər. Sülh perspektivi yaxınlaşır. Odur ki, həm Qərb, həm də Rusiya "xal qazanmaq istəyir". Gərginlik də məhz bununla bağlıdır".

Analitikin sözlərinə görə, davam edən sabotaj cəhdlərini hər nə qədər üçüncü qüvvələr idarə etsə də, Ermənistan hərbi-siyasi hakimiyyəti özü də "süddən çıxmış ağ qaşıq" deyil: "Biz ermənilərin xislətinə bələdik. Tarixi təcrübə öz sözünü deyir. Təxribatların yekununda genişmiqyaslı eskalasiyanın başlaması mümkündür. Bu, iki məqamdan asılıdır. Birincisi, genişmiqyaslı müharibənin başlaması üçün Vaşinqton və Brüssel formatları uğursuz olmalıdır. İkincisi isə Zəngəzur dəhlizinin açılıb-açılmaması ilə bağlı Ermənistanın qərarı da bu məsələyə təsir edəcək. Qarşı tərəf dəhlizin açılmamasında israr edərsə, hərbi əməliyyatların başlaması qaçılmaz prosesə çevriləcək. Bu isə sülhə məcburetmə əməliyyatı olacaq".

Qeyd edək ki, Ermənistan təxminən 10 gündür şərti dövlət sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində silahlı təxribatlar törədir, Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri adekvat tədbirlər görür.


Etiketlər:  Ermənistan təxribatlarını davam etdirərsə Suriyaya çevrilə bilər RƏY


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ