Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polşa CAR prezidentinin təyyarəsini Rusiyaya buraxmadı - QALMAQAL

Polşa CAR prezidentinin təyyarəsini Rusiyaya buraxmadı - QALMAQAL

Tarix: 17 Iyun 2023 21:22

"South African Airways" şirkətinin içərisində təhlükəsizlik işçiləri və CAR prezidenti Siril Ramafosanın nümayəndə heyətinin yerləşdiyi təyyarəsi Varşavadan Sankt-Peterburqa uçmağa icazə almayıbmış.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Cənubi Afrikanın News24 portalı məlumat yayıb.

Məlumata görə, layner iyunun 15-də Varşavaya gəlib. Həmin vaxtdan bir gündən çox müddətdə təyyarənin uçmasına icazə verilməyib və o, Pretoriyaya qayıtmağa məcbur olub. 

CAR prezidenti Siril Ramafosa Varşavaya ayrı bir təyyarə ilə gəlib. Saxlanılan təyyarədə olan mühafizəçilər prezident təhlükəsizliyini təmin edəcəkdilər.

Polşa tərəfi mühafizəçilərin 12 (digər mənbələrə görə 13) qutu silahı boşaltmağa çalışdıqlarını təsbit ediblər. Nəticədə Polşa gömrükçüləri heç kimin təyyarəni tərk etməsinə icazə verməyib.

Polşa Xarici İşlər Nazirliyinin məlumatına görə, təyyarədə ölkəyə gətirilməsinə qadağa qoyulan təhlükəli materiallar olub. Həmin materialların nə olduğu açıqlanmır.

Qeyd edək ki, Ramafosa Afrika ölkələrinin sülhməramlı missiyası çərçivəsində bu günlərdə Ukrayna və Rusiyaya səfər edir.

Milli.Az


Etiketlər:  Polşa CAR prezidentinin təyyarəsini Rusiyaya buraxmadı QALMAQAL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ