Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2023 06:35
Ötən ay aktrisa Arzum Onanla 27 illik evliliyi bitən tanınmış aktyor Mehmet Aslantuğ boşanmaları ilə bağlı ilk dəfə danışıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, 61 yaşlı aktyor sosial şəbəkə hesabında etdiyi paylaşımda yeni münasibətə başlaması barədə iddiaları yalanlayıb: "Əzizim Arzumu tərk etməmişəm. Ürəyimi başqasına verməmişəm. Bir il əvvəl mədəni şəkildə mənə dedi ki, "artıq özümü ər-arvad kimi hiss etmirəm. Mən öz evimdə yaşamaq istəyirəm". Mən də... Asan olmasa da... Təbii ki, anlayışla, hörmətlə qəbul etdim.
Küsmədim, sadəcə dedim ki, "belə halda qanuni yolla ayrılaq". Hamısı budur və aylar ərzində mənim üçün də asan olmadı. O, çox əziz dost olaraq qalacaq. Ürəyi özü kimi gözəl olan yeganə övladımızın anası kimi. Xahiş edirəm, mənə və ya ona daha çox yüklənməyin. İkimiz də qalan ömrümüzün, digər məsuliyyətlərimizin qayğısına qalmağa çalışaq. Sevgi və salamlarla".
Xatırladaq ki, bir neçə gün əvvəl Mehmet Aslantuğun biznes-ledi Gözde Akpınarla münasibətə başlaması ilə bağlı iddialar yayılmışdı. Onların qısa müddət əvvəl tanış olduğu deyilirdi.
Qeyd edək ki, Arzum Onanla Mehmet Aslantuğun 1 oğul övladları var. Mayın 29-da baş tutan və cəmi 10 dəqiqə davam edən məhkəmə iclasına cütlük əl-ələ gəlmişdi.