Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiya ilə danışıqlar bizim üçün məğlubiyyətdir''

''Rusiya ilə danışıqlar bizim üçün məğlubiyyətdir''

Tarix: 19 Iyun 2023 18:04

"Rusiya ilə danışıqlar, hansısa orta yol bizim üçün məğlubiyyət deməkdir".

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.

Onun sözlərinə görə, Ukrayna Rusiya ilə danışıqlara başlamayacaq: "Çünki belə olsa, qarşı tərəf növbəti hücuma hazırlaşa bilər".

M.Podolyak bildirib ki, Rusiya bu müharibədə məqsədini açıq göstərib: "Onlar ölkəmizi dağıtmaq istəyirlər. Rusiya ordusu bizi öldürmək məqsədilə ölkəmizə daxil olub".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl söyləmişdi ki, Rusiya Ukraynadakı vəziyyəti tənzimləmək üçün bütün ideyalara hazırdır.


Etiketlər:  Rusiya ilə danışıqlar bizim üçün məğlubiyyətdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ