Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İllərdir həsrətlə gözlədikləri qazın çəkilişi üçün ''Azəriqaz''dan gözlə açıqlaması... - VİDEO

İllərdir həsrətlə gözlədikləri qazın çəkilişi üçün ''Azəriqaz''dan gözlə açıqlaması... - VİDEO

Tarix: 22 Iyun 2023 14:54

İllərdir qaz probleminin həllini gözləyirlər.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Cəlilabadın Eçara kənd sakinləri uzun müddətdir ki, qaz olmadiği üçün  problem yaşayırlar.

Sakinlər deyir ki, rayonun çox hissəsi mavi qazla təmin olunub. Amma onların və bir -neçə kəndin qaz problemi nədənsə həl olunmur. Onlar balon qazlarından istifadə etmək məcburiyyətində qalırlar. Qışda evləri qızdırmaq üçün  yanacaq kimi odundan istifadə  edirlər. Odun isə onlara baha başa gəlir.

Problemlə bağlı Azəriqaz İstehsalat Birliyindən bildirdilər ki, regionların qazlaşdırılması prosesi növbəli şəkildə mütamadi olaraq davam etdirilir.

İndi sakinlər onlara növbənin çatacağı günü səbrsizliklə gözləyirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  İllərdir həsrətlə gözlədikləri qazın çəkilişi üçün Azəriqazdan gözlə açıqlaması VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ