Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Ulu Öndərin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu var

Prezident: Ulu Öndərin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu var

Tarix: 23 Iyun 2023 15:48

Ulu Öndərin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu vardır. Hələ sovet dövründə Naxçıvanski adına hərbi məktəbin yaradılması məhz bu məqsədi güdürdü ki, Azərbaycanda peşəkar zabit təbəqəsi yaransın.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.

"Ulu Öndərin doğum günündə, 100 illiyində mən Şuşada idim. Mən atamın doğum gününü Şuşada qeyd etmişəm və hesab edirəm ki, bu addımda böyük məna var. Şuşa Qarabağın tacıdır. Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Şuşa bizim gücümüzün, əyilməz ruhumuzun, qəhrəman hərbçilərimizin şücaətinin, qəhrəmanlığının təcəssümüdür", - deyə dövlətimizin başçısı qeyd edib.

Milli.Az


Etiketlər:  Prezident Ulu Öndərin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ