Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hələ əsas qüvvələrimiz döyüşə girməyib - General

Hələ əsas qüvvələrimiz döyüşə girməyib - General

Tarix: 24 Iyun 2023 09:22

Ukrayna ordusunun hücum ehtiyatının əsas qüvvələri hələ döyüşə buraxılmayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski bildirib.

"Hər kəs dərhal böyük bir qələbə qazanmaq istəyir. Biz də... Amma hazır olmalıyıq ki, bu proses müəyyən vaxt aparacaq, çünki hər tərəfdə çoxlu qüvvələr, çoxlu texnika və çoxlu süni maneələr cəmləşib.

Demək istəyirəm ki, bizim əsas qüvvələrimiz hələ döyüşlərdə iştirak etməyib və biz indi düşmənin müdafiəsində zəif nöqtələri axtarır, axtarırıq. Hər şey hələ qabaqdadır", - komandan qeyd edib.

Milli.Az


Etiketlər:  Hələ əsas qüvvələrimiz döyüşə girməyib General


RƏYLƏR