Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Emindən Jony-yə TƏRİF: "Məni və Faiq Ağayevi keçmisən" - VİDEO

Emindən Jony-yə TƏRİF:

Tarix: 25 Iyun 2023 11:10

Xəbər verdiyimiz kimi, Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynlinin "Sea Breeze" ailəvi-istirahət mərkəzində canlı solo konserti baş tutub.  

Milli.Az bizim.media-ya istinadən bildrir ki, sənətçiyə dəstək olmaq üçün Xalq artisti Emin Ağalarov səhnəyə çıxıb.  

Tamaşaçıların coşqusu və alqışlar sədaları altında səhnəyə çıxan Emin ifaçını təriflərə qərq edib:  

"Jony bir sıra ölkələrdə və Azərbaycanda bir nömrəli müğənni sayılır. Azərbaycanda sən məni və Faiq Ağayevi keçmisən. İndi oxuyacağımız mahnını Jony özü yazıb. Bu mahnı isə "Kamin" adlanır. Jony, sən burada böyük tıxac və insan seli yaratmısan. Səni çox istəyirem".  

Daha sonra ikili sözügedən dueti canlı olaraq ifa ediblər. Onların bu ifası isə tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.  

Milli.Az


Etiketlər:  Emindən Jony TƏRİF Məni Faiq Ağayevi keçmisən VİDEO


RƏYLƏR