Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lukaşenko bizi qanlı döyüşdən xilas etdi - Rus polkovnik

Lukaşenko bizi qanlı döyüşdən xilas etdi - Rus polkovnik

Tarix: 25 Iyun 2023 23:26

"Vaqner" rəhbəri Yevgeni Priqojinlə uğurlu danışıqlar aparan və onu Moskvaya getmək fikrindən daşındırmağı bacaran Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanı qanlı döyüşdən xilas etdi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri "Komsomolskaya Pravda" qəzetinin hərbi eksperti, istefada olan polkovnik Viktor Baranets BelTA-ya açıqlamasında deyib.

O, rus zabitləri adından Lukaşenkoya təşəkkür edib:

"Aleksandr Lukaşenko ilə Yevgeni Priqojin arasında uğurlu danışıqlar barədə məlumat Rusiyaya nəfəs almağa imkan verdi. Sonra biz Belarusa, Lukaşenkoya baxdıq və ona təşəkkür etdik".

Qeyd edək ki, ötən gün məhz Aleksandr Lukaşenkonun apardığı danışıqlardan sonra Priqojin Moskvaya "yürüşdən" - əslində isə qiyamdan imtina edib və səhra düşərgəsinə qayıtmaq qərarı verib.

Ümumi razılığa əsasən, Priqojin haqda Rusiya Baş Prokurorluğunda başlayan cinayət işinə xitam verilib, "Vaqner" rəhbəri isə Belarusa gedəcək.

Milli.Az


Etiketlər:  Lukaşenko bizi qanlı döyüşdən xilas etdi Rus polkovnik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ