Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2023 13:48
Bütün bunlar ("Vaqner"in Rusiyada üsyan cəhdi - red.) bizi son dərəcə ayıq-sayıq olmağa məcbur etməlidir. Son hadisələr ukraynalılara müqavimətində göstərdiyimiz dəstəyi tam əsaslandırır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron "La Provence" qəzetinə müsahibəsində deyib.
Onun fikrincə, gərgin vəziyyət hələ də davam edir:
"Rusiya düşərgəsində mövcud olan parçalanma həm ordusunun, həm də "Vaqner" qrupu kimi yardımçı qüvvələrin kövrəkliyini göstərir".