Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2023 21:38
Azərbaycan boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb.
Sonxeber.net Apasport.az-a istinadən xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/8 finalda Tatevik Xaçatryanla (Ermənistan) qarşılaşıb.
Döyüş Həmzəyeva-Ağamalıyevanın inamlı qələbəsi ilə başa çatıb. Boksçumuz erməni rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Məhsəti yekunda 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Bununla da, Avropa Oyunlarında 1/4 finala yüksələn Azərbaycan boksçularının sayı 4-də çatıb. Məhsətidən öncə Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) bu hüquqa yiyələnib.
Qeyd edək ki, 1/4 final döyüşləri iyunun 28-də keçiriləcək.