Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2022-ci ildə dünyada İsveçrə boyda meşəlik məhv edilib

2022-ci ildə dünyada İsveçrə boyda meşəlik məhv edilib

Tarix: 27 Iyun 2023 23:02

Merilend Universiteti və Dünya Resursları İnstitutunun Qlobal Meşə Müşahidə Təşkilatının çərşənbə axşamı yayımlanan hesabatında, 2022-ci ildə itirilən meşələrin sahəsinin təxminən 4,1 milyon hektar olduğu və bu meşələrin ümumi ərazisinin təxminən 10 faizi olduğu bildirilib. Bunun da İsveçrə boyda ərazi olduğu təxmin edilir.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, əvvəlki ildə 145 ölkə 2030-cu ilə qədər meşələrin qırılmasını dayandırmağı öhdəsinə götürsə də, tropik meşələrin itirilməsi sürətlənib.

Hesabatda həmçinin deyilir ki, son bir ildə Yer kürəsində tropik meşələr hər dəqiqə 11 futbol meydançasına bərabər sahə qədər azalıb.

Braziliya, Konqo Demokratik Respublikası və Boliviya ən çox meşə örtüyü itkisinə məruz qalıb, Qana isə ən böyük təmizlənmə faizini yaşayıb. Bu, yanğınlar, kakao istehsalı və qızıl hasilatı ilə bağlıdır.

Tropik meşələr planetin ərazisinin 40 faizini tutur, bütün bioloji növlərin təxminən 80 faizinə ev sahibliyi edir. Ən çox tropik meşələrə malik ölkələr Braziliya (320 milyon ha), Konqo Demokratik Respublikası (100,2 milyon), İndoneziya (84,7 milyon), Peru (67,3 milyon) və Kolumbiyadır (53,4 milyon).


Etiketlər:  2022 ildə dünyada İsveçrə boyda meşəlik məhv edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ