Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2023 17:10
"Əsas evlənmək yox, sonrakı əziyyətlərdir. Gəl, evlənək sualı yox, sonrakı mərhələdir önəmli. Onu daşımaq lazımdır".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Aysel Əlizadə "Səhər mərkəzi" verilişində deyib. Ailə qurmaq istədiyini söyləyən ifaçı övlad sahibi olmaq istədiyini bildirib:
"Ailə qurub, övlad sahibi olmaq istəyirəm. İllərdir özümə bunu arzulayıram. Bir dəfə Elnurun (stilist Elnur Həsənov - red.) yanında dedim ki, bu il sizinlə qeyd edəcəyim sonuncu ad günümdür. Bitdi, ərə gedəcəyəm. Məqsədim var. O da qayıtdı ki, elə bizimlə keçirdəcəksən. Yenə qaldım. Bu il isə fərqli hiss keçirirəm, olacaq".