Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2023 08:54
Suriya Ərəb Respublikası (SAR) Prezidenti Bəşşar Əsədin həyat yoldaşı Əsma Əsəd Rusiya paytaxtı Moskvaya səfər edib və mətbuata müsahibəsində rus dilini öyrənmək istədiyini etiraf edib.
Sonxeber.net xəbər verir ki, bu barədə "Report" "İvestiya"ya istinadən xəbər verir.
"Dil insanlar arasında ünsiyyət körpüsüdür, həm də mədəniyyətlər arasında körpüdür. Rusiya çox qədim mədəniyyətə malikdir və onun tarixi çox qədimdir. Ümid edirəm ki, gələcəkdə (dil öyrənmək-red) imkanım olacaq, əgər iş yükü bir az azalsa, niyə də olmasın", - Suriyanın birinci xanımı deyib.
Əsma Əsəd böyük oğlu Hafizin M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin magistraturasını bitirməsi ilə əlaqədar Rusiya paytaxtına səfər edib. O, vurğulayıb ki, dünyanın ən nüfuzlu universitetlərindən birində oxuduğu uğurlu nəticəyə görə övladı ilə fəxr edir.