Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə İsveçin NATO-ya müraciətini müzakirə etməyi planlaşdırır

Türkiyə İsveçin NATO-ya müraciətini müzakirə etməyi planlaşdırır

Tarix: 2 Iyul 2023 22:48

Türkiyənin Nazirlər Kabineti İsveçin Türkiyənin NATO-ya üzvlük tələblərinə uyğunluğunu müzakirə etməyi planlaşdırır.

Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hökümət 3 iyulda görüş keçirəcək.

Məlumat üçün qeyd edək ki, Türkiyə İsveçdən antiterror qanunvericiliyinin praktiki olaraq sərtləşdirilməsini və Türkiyədə terrorçu kimi tanınan şəxslərin ekstradisiyasını tələb edir.

Xatırladaq ki, İsveçin NATO-ya üzv olmaq istəyi hələ də Türkiyənin razılığını almayıb və bu yaxınlarda Stokholmda Quranın yandırılması hadisəsi təkcə Türkiyədən deyil, müsəlman ölkələrindən də kəskin tənqidlərə səbəb olub.


Etiketlər:  Türkiyə İsveçin NATO müraciətini müzakirə etməyi planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ