Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə sürücüsüz maşın idarə etməyə razılıq verildi

Bu ölkədə sürücüsüz maşın idarə etməyə razılıq verildi

Tarix: 3 Iyul 2023 22:38

Birləşmiş Ərəb Əmirliklərinin Nazirlər Şurası özəl şirkətə ictimai yollarda avtonom nəqliyyat vasitələrini idarə etmək üçün ilk milli lisenziyanı təsdiqləyib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid Al Məktum məlumat verib.

"Nazirlər Şurasının bugünkü iclasında ölkə yollarında özü idarə edən avtomobillərdən istifadə etmək üçün ilk milli lisenziyanı təsdiq etdik" - o, "Tvitter" hesabında yazıb. Baş nazir icazəni ixtisaslaşmış "WeRide" şirkətinin aldığını bildirib.

Bundan əlavə, BƏƏ hökuməti elektrik avtomobilləri ilə bağlı siyasəti təsdiqləyib. Buraya enerji doldurucuların milli şəbəkəsinin yaradılması, belə maşınlar bazarının tənzimlənməsi, eləcə də əlaqəli sahələrin stimullaşdırılması daxildir.

BƏƏ səlahiyyətliləri həyatın müxtəlif sahələrində, xüsusilə atmosferə istixana qazları tullantılarının azaldılmasına yönəlmiş qabaqcıl texnologiyaları fəal şəkildə tətbiq edir və özəl biznesi buna həvəsləndirir. Cari ilin martında "United Parcel Service" yüklərin daşınması üçün elektriklə işləyən şaquli qalxan təyyarəni sınaqdan keçirmək üçün lisenziya aldı və apreldə Dubay hakimiyyəti şəhərdə 4 min pilotsuz taksi buraxmağı planlaşdırdıqlarını açıqladı. May ayında Əbu-Dabidə Yaxın Şərqdə ilk elektrik zibil maşınının istifadəyə verildiyini bildirdi.

Milli.Az


Etiketlər:  ölkədə sürücüsüz maşın idarə etməyə razılıq verildi


RƏYLƏR