Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya öz AES-ni partladıb, Kiyevə zərbə endirəcək

Rusiya öz AES-ni partladıb, Kiyevə zərbə endirəcək

Tarix: 4 Iyul 2023 12:36

Rusiya terror aktında Ukraynanı günahlandırmaq üçün Kursk AES-in ərazisində "qəza"ya və hətta partlayışa hazırlaşır.

Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bunu ukraynalı ekspert Aleksey Qolobutski deyib.

"Hamının Zaporojye AES-də baş verə biləcək partlayışı müzakirə etdiyi bir vaxtda moskvalılar öz stansiyalarından birində anlaşılmaz hazırlıqlara başlayırlar. Kursk AES-in ərazisində genişmiqyaslı işlər aparılır, çoxlu sayda texnika və insanlar hərəkət edir. Kremlin əvvəlki bəyanatlarını nəzərə alsaq, bu, planlaşdırılmış "qəza"ya və hətta partlayışa hazırlıq ola bilər. Günahkar, ənənəyə görə, Ukraynanı elan olunacaq", - ekspert bildirib.

Qolobutskinin fikrincə, rusların ideyası olduqca sadədir. Onlar qəzaya görə Ukraynanı günahlandıracaq və "cavab zərbəsi" elan edəcəklər.


Etiketlər:  Rusiya partladıb Kiyevə zərbə endirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ