Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avroliqa tarixinin ən gənc qapıçısı

Avroliqa tarixinin ən gənc qapıçısı

Tarix: 25 Oktyabr 2019 13:20

Avropa Liqasının qrup mərhələsində "ÇFR Kluj"la keçirilən oyun "Renn"in qapıçısı Pepe Bone üçün əlamətdar olub. 

Qol.az xəbər verir ki, konqolu qolkiper turnirin tarixinə düşüb. Bone matçın 5-ci dəqiqəsinddə əsas qapıçı Eduard Mendi qırmızı vərəqə aldıqdan sonra meydana daxil olub və bununla da avrokuboklarda debüt edib.

O, 16 yaş 254 günlüyündə meydana çıxmaqla Avropa Liqası tarixinin ən gənc qapıçısı olub. 

Qeyd edək ki, "Renn" - "ÇFR Kluj" oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 


Etiketlər:  Avroliqa tarixinin gənc qapıçısı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ