Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2023 09:33
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, o, Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər toplantısında iştirak edir.
H.Fidan həmçinin toplantı çərçivəsində keçiriləcək Qoşulmama Hərəkatının Fələstin Nazirlər Komitəsinin iclasına və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirə qatılacaq.
Qeyd edək ki, H.Fidan bu il iyunun 5-də Türkiyənin xarici işlər naziri təyin olunub.