Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2023 01:30
Hollivud aktyoru Tom Kruz "Çətin tapşırıq" filminin yeni bölümünün qala gecəsində keçmiş sevgilisi ilə görünüb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Sidneydəki premyerada Tom Kruz jurnalist Rene Barqla obyektivlərə tuş gəlib.
Kino ulduzu Avstraliyaya qayıtmasını da şərh edib:
"Buraya qayıtmaq necə də gözəldir. Avstraliya möhtəşəmdir. Burada o qədər çox vaxt keçirmişəm ki, yenidən qayıtmaq çox əladır".
Qeyd edək ki, Kruzun avstraliyalı jurnalistlə romantik münasibətləri haqqında şayiələr hələ 2018-ci ildə ortaya çıxıb. Ancaq cütlük heç bir açıqlama verməyib. 2023-cü ilin may ayının əvvəlində Tom Kruzun kolumbiyalı müğənni Şakira ilə də adı hallanıb. Mayamidə "Formula" 1 Qran Pri yarışında birlikdə görüntüləndikdən sonra Kruz və Şakira birlikdə yarışları izləyib, söhbət edib və fotoqraflara pozalar veriblər.