Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2023 16:34
"Kreml Ukrayna ilə danışıqların perspektivini hələlik görmür".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Kiyev və Vaşinqton Ukraynada siyasi və diplomatik həll imkanlarından imtina edir.
D.Peskovun sözlərinə görə, Rusiya Ukrayna ilə danışıqlar üçün qapını bağlamır.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.