Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Kardeşlerim”in aktyoru: “Sanki Azərbaycanda yaşamışam kimi hiss edirəm ” - VİDEO - FOTO

“Kardeşlerim”in aktyoru: “Sanki Azərbaycanda yaşamışam kimi hiss edirəm ” - VİDEO - FOTO

Tarix: 7 Iyul 2023 19:24

"Poyraz Karayel" ilə daha çox tamaşaçı sevgisi qazanan, "Kırmızı oda", "İntikam", "Vicdan" hazırda isə reytinqlərdə ön sıralarda olan "Kardeşlerim" serialında rol alan tanınmış aktyor Cəlil Nalçakan olay-ın qonağı olub.

Milli.Az bildriir ki, Cəlil Nalçakanla söhbətimiz Bodrumda baş tutdu. Aktyor gərgin çəkiliş mövsümündən, uşaqlıq illərindən, canlandırdığı obrazlardan söz açdı. 

Müsahibəni təqdim edirik:

-    Necəsiniz, Cəlil bəy? Yay tətiliniz necə keçir? Sezon nə ilə yadda qaldı?

-    Bir qədər yorğunluq var. Hazırda yeni sezon üçün istirahət edirik. Gərgin mövsümü geridə qoyduq. Təbii ki, xoş yorğunluqdur. Hazırda tətildən zövq alıram. Qismət olsa, daha sonra işlərimizə davam edəcəyəm. 

-    Qarşıda yeni sezon var. "Kardeşlerim" serialında yeni sürprizlər olacaqmı?

-    Var, amma bu bizim üçün də sürprizdir. Biz də bəzi şeyləri bilmirik. Sadəcə ehtimallarımız var. Bu məsələdə ssenari yazanlarımız çox uğurludurlar. Bizi də təəccübləndirirlər. Ona görə də, gözləyirik. 

-    Uşaqlıq illərinizi necə xatırlayırsınız?

-    Gözəl xatırlayıram. "Haradadır keçmiş günlər" dediyimiz yaşa gəlib çatmışam. Dinc günlər idi. Ən azından çöldə rahatlıqla oynaya bilirdik. Hazırda bu əksər uşaqlar üçün mümkün deyil. 

-    Bir çox məşhur seriallarda çəkilmisiniz. Ən böyük şöhrəti hansı rolunuzla qazanmısınız? 

-    Rollarımın hamısı mənim övladlarım kimidir, çox qiymətlidir. Amma bir reallıq var ki, "Poyraz Karayel" serialından sonra daha çox insan tərəfindən tanınmağa başladım. Buna görə də, rahatlıqla "Poyraz Karayel" deyə bilərəm. 

-    "Bursa bülbülü" filmi çox bəyənildi. Sizə gələn reaksiyalar necə oldu?

-    Çəkiliş zamanı da, filmi izləyərkən də çox əyləndim. Möhtəşəm rejissor, aktyor heyəti ilə işlədim. Mənim üçün çox gözəl xatirədir. Bu iş mənə çox yaxın iki dost qazandırdı.  Buna görə də, çox qiymətlidir. 

-    Heyvanları çox sevirsiniz. Ev heyvanınız varmı? Neçə ildir sizinlə birlikdədir?

-    "American Staffordshire" cinsli itim var. 15 günlüyündən indiyədək mənimlədir. Hazırda 10 yaşı var. 

-    Həyatdakı Cəlilə ən yaxın hansı serialdakı obrazınız olub? Hansı işinizdə sanki özünüzü canlandırmısınız?

-    Elə bir hal olmur. Çünki bu bizim sənətimizdir. Obrazlara həyat veririk. İnandırmağa çalışırıq. Təbii ki, özümüzdən də hissə qatırıq. Amma bunu da unutmamalıyıq ki, onlar xəyal qəhrəmanlarımdır. Buna görə də, hər biri digərindən daha fərqli obrazlardır. Çalışıram ki, hər birini layiqincə canlandırım. 

-    Türk və xarici aktyorlardan sevdiyiniz, örnək aldıqlarınız varmı?

-    Böyüklərimizin hər birindən örnək alıram. Ad çəkmək doğru olmaz. Usta sənətkarlamızı hazırda da izlədikdə öyrənməyə davam edirəm. 

-    Azərbaycana gəlmisinizmi?

-    Gəlməmişəm, amma azərbaycanlı qardaşlarımı çox sevirəm. Bilirəm ki, onlar da məni sevirlər. Çünki sosial media üzrəində bir-birimizlə ünsiyyətdə oluruq. Azərbaycan mənə çox maraqlıdır. Ən qısa zamanda gəlməyi düşünürəm. Sanki orada yaşamışam kimi hiss edirəm. 

-    Azərbaycandakı izləyicilərinizə sözünüz?

-    Azərbaycandan məni izləyən insanlarla qovuşmağı çox istəyirəm. Könlümüz onsuz da birdir. Yaxın zamanda da inşallah üz-üzə də tanış olarıq. 

Milli.Az


Etiketlər:  Kardeşlerimin aktyoru Sanki Azərbaycanda yaşamışam kimi hiss edirəm VİDEO FOTO


RƏYLƏR