Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2023 08:24
NATO ölkələrinin kiçik bir qrupu Vilnüsdə keçiriləcək sammitə qədər Ukraynaya üçün təhlükəsizlik zəmanəti hazırlamaq məqsədilə danışıqlar aparır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Avropanın "Politico" qəzeti məlumat yayıb.
Qəzet yazır ki, bir neçə həftədir ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir, həmçinin hərbi blokdakı digər müttəfiqlərə, Avropa İttifaqına və G7-yə müraciət edirlər.
Bu arada ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, NATO Vilnüsdə keçiriləcək sammitin yekun sənədinə alyansa daxil olmaq üçün Ukraynada islahatların davam etdirilməsi ilə bağlı bənd daxil edəcək.