Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda mülayim şimal-qərb küləyi əsəcək - PROQNOZ

Bakıda mülayim şimal-qərb küləyi əsəcək - PROQNOZ

Tarix: 11 Iyul 2023 13:18

İyulun 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.net-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu. Əsasən yağmursuz. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.


Etiketlər:  Bakıda mülayim şimal qərb küləyi əsəcək PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ