Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bakıda heç kim bu biabırçılıqdan sığortalanmayıb''

''Bakıda heç kim bu biabırçılıqdan sığortalanmayıb''

Tarix: 11 Iyul 2023 23:55

Müğənni-bəstəkar Murad Arif Bakıdakı tıxaclardan şikayətçidir.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı məsələ ilə bağlı sosial media hesabında paylaşım edib. O, saatlarla tıxacda qaldığını vurğulayıb:

"Şəhərdə nə baş verir anlamıram. Tətil vaxtıdır. Saat yarımdır ki, "Sahil" metronun qarşısında dayanmışıq. Düşünün ki, işə, səhnəyə gedirik. Gecikməkdən ən çox qorxan insanam. Dəvət olunduğum yerə 1 saat tez gedərəm. Təsəvvür edin ki, hansı əsəb və həyəcan içindəyəm.

Sağda-solda bu qədər maşın var. Bunun içində xəstəsi, darda olan insanı var. Niyə bir şey fikirləşmirlər? Və ya niyə bu insanları düşünmürlər".

Murad daha sonra fikirlərinə "Gecikmək mənim üçün sters, dramdır. Şəhərdə heç kim bu biabırçılıqdan sığortalanmayıb nə yazıq ki. 50 dəqiqəlik yolu 2 saat 30 dəqiqə etdik" sözlərini əlavə edib.


Etiketlər:  Bakıda heç biabırçılıqdan sığortalanmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ