Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səmra çılpaq görüntülər barədə açıqlama yaydı - FOTO

Səmra çılpaq görüntülər barədə açıqlama yaydı - FOTO

Tarix: 13 Iyul 2023 03:35

Səmra Rəhimli mediaya müraciət edərək bildirib ki, çılpaq görüntüləri yayılan model o deyil.

Sonxeber.net publika.az-a istinadən bildirir ki, bu barədə sənətçi instaqramda paylaşım edib. Məlum olub ki, dünən sosial mediada "Səmranın çılpaq görüntüləri yayıldı" başlıqlı xəbərlər müğənnini narahat edib. O, çılpaq görüntüləri ilə gündəmə gələn qamqallı model Səmra Hüseynova ilə adlarının eyni olması səbəbindən tez-tez səhv salınmalarından yorulduğunu dilə gətirib.

"Sizinlə məni narahat edən bir məsələni bölüşmək istəyirəm. "Səmra" adında milyon peşə sahibində insan ola bilər. Onlarla bağlı xəbərlər yazılır və oxucu diqqətsiz davranır, başlıqda "Səmra" adını görərək şərh yazır. Çoxu düşünür ki, xəbərdə söhbət məndən gedir. Hətta bilərəkdən media həmin məlumatda "müğənni Səmra" yazaraq oxucunu səhv yönləndirmiş olur.

Bunlar şərh, aktivlik üçündür, yoxsa...? Sizin adınızda da bir çox insan var, "siz" kimi qələmə verib haqqınızda nə gəldi xəbər yaysalar, hər halda sizə xoş olmaz. Mən və ailəm hər gün haqqımda ondan- bundan fərqli xəbərlər eşidirik, "O bizim Səmra deyil" deməkdən yorulublar. Xahiş edirik, diqqətli olun və anlayışlı davranın", - ulduz qeyd edib.


Etiketlər:  Səmra çılpaq görüntülər barədə açıqlama yaydı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ