Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş məhkum soyğunçuluğa görə həbs edildi

Keçmiş məhkum soyğunçuluğa görə həbs edildi

Tarix: 13 Iyul 2023 09:50

Lənkəranda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.

DİN-in Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, hadisə Velədi kəndində qeydə alınıb.

Əməliyyat tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lerik rayon sakini, əvvəllər məhkum olunmuş Bağdagül Səmədova saxlanılıb. O, əvvəllər oğurluq etdiyinə görə məhkum edilib.

Məlum olub ki, yaşayış evinə oğurluq məqsədilə daxil olan həmin şəxs ev sahibinin azyaşlı övladının orada olduğunu görsə də, əməlini davam etdirib və tapdığı pul, qızıl-zinət əşyalarını götürərək uzaqlaşıb.

Soyğunçuluq yolu ilə ələ keçirilən qızıl-zinət əşyaları aşkarlanaraq maddi sübut kimi götürülüb.

B.Səmədova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun analoji cinayət əməllərindən zərər çəkən başqa şəxslər varsa, aidiyyəti üzrə polis orqanına məlumat vermələri xahiş olunur.


Etiketlər:  Keçmiş məhkum soyğunçuluğa görə həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ