Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Goranboyda ağır qəza: ölən var

Goranboyda ağır qəza: ölən var

Tarix: 14 Iyul 2023 09:32

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

VAZ-21012 markalı minik avtomobilinin aşması nəticəsində 1990-cı təvəllüdlü Raul Süliddin oğlu Məmmədov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı 1992-ci il təvəllüdlü Aynənsə Oktay qızı Məmmədova və 2013-cü il təvəllüdlü övladı M.R. müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Goranboyda ağır qəza ölən var


RƏYLƏR