Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rüfət Mehdiyevin qızı efirə çıxdı - VİDEO

Rüfət Mehdiyevin qızı efirə çıxdı - VİDEO

Tarix: 15 Iyul 2023 00:35

Mərhum müğənni Rüfət Mehdiyevin böyük qızı Zemfira efirə çıxıb. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətçinin övladı qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişdə valideyinin qəfil ölümündən söz açıb. 

"Atam dünyasını dəyişəndə mənim 16 yaşım vardı. Atamın 41 yaşı vardı. O, gözlənilmədən infarkt keçirtmişdi. Ölümü də qəfildən oldu. Biz ailədə iki bacıyıq", - deyə Zemfira vurğulayıb. 

Rüfətin qızı həmçinin bildirib ki, onun şəxsi biznesi var: 

"Uşaq geyimlərindən ibarət mağazamız var. Bakıda olmayan dörd-beş marka var ki, onlara məxsus geyimləri Almaniyadan Bakıya gətirib, mağazamızda satırıq". 

İllər əvvəl ailə qurduğunu söyləyən Zemfira vurğulayıb ki, mərhum atasının həmkarları gecə saat 2 kimi toy məclisində "canla-başla" pulsuz çıxış ediblər: 

"Beş il bundan əvvəl ailə qurdum, toyum oldu. Biz tək-tək heç bir müğənnini məclisimizə dəvət etməmişdik. Atamın sənət dostları özləri eşitmişdilər və məclisimə gəlmişdilər. İnanın, gecə saat 02:00 idi amma toy bitmək bilmirdi. Rüfət Axundov iki dəfə toydan çıxıb, geri qayıtdı. Xalq artisti Eyyub Yaqubov və bir sıra digər məşhurlar məclisimizdə iştirak etdilər. Bir sözlə gözləmədiyim müğənnilər toyumda iştirak etdilər. Hamısı eşidib, gəlmişdilər". 

Qeyd edək ki, 11 il əvvəl gecə saat 03:00 radələrində dünyasını dəyişib. Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 1992-ci ildən müğənnilik karyerasına başlayıb. "Space" Televiziyasında hazırlanmış "Qış Nağılı" (2004) və "Baharın Nağılı" (2008) filmlərdə rol alıb.   

Milli.Az


Etiketlər:  Rüfət Mehdiyevin qızı efirə çıxdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ