Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sən məni xoşbəxt etdin - Gözümü yumuram, elə bilirəm..." - VİDEO

Tarix: 15 Iyul 2023 06:30

10 yaşlı Nuray Şahsuvarlının ifası sosial şəbəkədə bir neçə gündür gündəm olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Azərbaycan xalq mahnılarını oxuyan balaca qızın ifasını müğənni Zamiq Hüseynov da paylaşıb. O, videoya bu sözləri qeyd edib:

"Sənə tərbiyə verən valideyinlərinin qarşısında min dəfə baş əyirəm, ananın əllərindən öpürəm. Sənə TikTok musiqilərini yox, kökümüzü sevdirib. Sənə bizim nə qədər zəngin mədəniyyətimiz olduğunu, nə qədər dərin mədəniyyətə malik olan bir xalq olduğumuzu öyrədib. Biz dahilər yurdunun övladlarıyıq. Allah səni xoşbəxt eləsin. Sən bu gun bütün uşaqlara nümunəsən.

Bu necə oxumaqdır? Bu yaşda bu nə hissiyatdir? Bu nə xırdalıqlardır? Gözümü yumuram, elə bilirəm Şövkət Ələkbərova, Fatma Mehrəliyeva, Rübabə Muradova oxuyur. Sən məni xoşbəxt etdin".

Milli.Az


Etiketlər:  Sən məni xoşbəxt etdin Gözümü yumuram elə bilirəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ