Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2019 12:24
"Yuventus"un vitse-prezidenti Pavel Nedved komandanın baş məşqçisi Massimiliano Alleqrinin klubdakı gələcəyi ilə bağlı açıqlama verib.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, 51 yaşlı mütəxəssisin komandada qalacağını deyib: "Alleqri növbəti mövsüm də bizimlə olacaq. Klubla müqaviləsi davam edir və hər şey yaxşı gedir".
Qeyd edək ki, "Yuventus"un müqaviləsinin müddəti 2020-ci ilin yayında başa çatacaq Alleqri ilə bu mövsümün sonu yolları ayıracağı iddia olunurdu.