Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2023 10:36
Avropa özünü elə aparır ki, sanki Rusiyanın hücumuna qarşı çıxmaq üçün heç bir yol yoxdur və hərbi dəstək üçün ABŞ-a müraciət etməyə davam edir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Müdafiə Prioritetlərinin Böyük Strategiya proqramının direktoru Rajan Menon "Nyu York Tayms" nəşrindəki məqaləsində bildirib.
Ekspert qeyd edib ki, hətta NATO-nun sonuncu Vilnüs sammitində də müttəfiqlər hərbi xərclərini artırmaq barədə razılığa gəliblər, lakin bu rəqəmin nə qədər olması barədə hələ də onlar arasında fikir ayrılıqları var. Eyni zamanda, oxşar vədlər Avropa dövlətləri tərəfindən on il əvvəl verilmişdi və o vaxtdan bəri vəziyyət dəyişməyib.
"Avropa ölkələri 2014-cü ildə NATO-nun müəyyən etdiyi tələblərə heç də həmişə əməl etmirlər: illik hərbi xərclər Alyansa üzv ölkələr üçün ÜDM-nin 2%-ni təşkil etməli, hərbi büdcənin 20%-i isə yeni texnikanın alınmasına, tədqiqat və inkişafa yönəldilməlidir. Bununla belə, 2016-2022-ci illər arasında ABŞ da daxil olmaqla, yalnız 10 ölkə 2%-lik hədəfə çatıb", - o qeyd edib.