Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıt Dövlət Dram Teatrı Lənkəranda ''Öldür məni, canciyər'' komediyasını oynayıb - FOTO

Sumqayıt Dövlət Dram Teatrı Lənkəranda ''Öldür məni, canciyər'' komediyasını oynayıb - FOTO

Tarix: 17 Iyul 2023 20:54

Heydər Əliyevin 100, Azərbaycan Peşəkar Milli teatrının 150 illiyi çərçivəsində teatrların regionlara səfəri layihəsində Sumqayıt Dövlət Dram Teatrı kollektivi də uğurla çıxış edib.

Milli.Az xəbər verir ki, yaradıcı heyət Lənkəran Dövlət Dram Teatrının səhnəsində Əziz Nesinin "Öldür məni, canciyər" komediyasını oynayıb.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti, Prezident mükafatçısı, Qızıl Dərviş mükafatı laureatı Firudin Məhərrəmovdur. Quruluşu rəssam Nabat Səmədova, musiqi tərtibatçısı Anar Süleymanovdur.

Ünlü Türk yazıçısı, böyük satirik Əziz Nesinin "Öldür məni, can-ciyər" komediyası tənha qadınların dərdindən bəhs edir. Məlum olur ki, şəhərdə manyak peyda olub və özünü qaz yoxlayan kimi qələmə verir. Yalqızlıqdan bezmiş iki ərsiz qadın bu manyakın nə vaxt gələcəyini həyəcanla gözləyirlər. Amma həqiqətdə qaz ustası gəlir və qadınlar onu gözlədikləri kişi zənn etdiklərindən maraqlı stuasiya komediyası alınır.

Əməkdar artistlər Növrəstə Həşimova, İlahə Səfərova, aktyor Mətləb Səfərli bu səhnəni böyük ustalıqla canlandırırlar. Tamaşa alqışlarla qarşılanıb.

Sənət ocaqlarının yaradıcı heyətləri gələcək mübadilələri müzakirə edib. Bildirilib ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə gerçəkləşən səfərlər teatrlar arasında inteqrasiyanı gücləndirir, ümumilikdə yaradıcılığa töhfə verir.

Milli.Az


Etiketlər:  Sumqayıt Dövlət Dram Teatrı Lənkəranda Öldür məni canciyər komediyasını oynayıb FOTO


RƏYLƏR