Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Priqojinin alt paltarında görüntüləri yayıldı - ŞOK FOTO

Priqojinin alt paltarında görüntüləri yayıldı - ŞOK FOTO

Tarix: 18 Iyul 2023 22:18

İyunun 24-də Rusiyada Kremlə qarşı silahlı üsyana başladıqdan sonra barışıq yolunu seçən "Vaqner"in rəisi Yevgeni Priqojinin bu dəfə alt paltarında olan fotoları mediaya düşüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Telegram kanallarının birində yayılan kadrlarda Priqojinin köynək və qara alt paltarında kameraya əl yellədiyi görünür.

Fotonun iyunun 12-də, qiyamdan əvvəl çəkildiyi müəyyən edilib. Görüntünün Priqojini ləkələmək kampaniyasının bir hissəsi kimi yayıldığı güman edilir. Daha əvvəl Priqojinin parik, saxta saqqal və bığ taxdığı fotolar da yayımlanmışdı.

Digər tərəfdən, "Kommersant" qəzetinin xəbərinə görə, Rusiya prezidenti Vladimir Putin "Vaqner" qrupu döyüşçülərinə Andrey Troşev adlı yüksək rütbəli muzdlu əsgərin xüsusi hərbi qrupa komandanlıq etməsini təklif edib. "Ağ saçlı" kimi tanınan Troşev Vaqnerin yaradıcılarından biridir.

Milli.Az


Etiketlər:  Priqojinin alt paltarında görüntüləri yayıldı ŞOK FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ