Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Araik Azərbaycan kəşfiyyatından qaçmaq üçün bunu etdi

Araik Azərbaycan kəşfiyyatından qaçmaq üçün bunu etdi

Tarix: 19 Iyul 2023 10:36

Qarabağdakı separatçı rejim Azərbaycan kəşfiyyatından yayınmaq üçün yeni metoda əl atır.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, Ermənistandakı "Zəngi" telekommunikasiya şirkəti ilə separatçılar arasında müqavilə imzalanıb.

Layihəyə görə, "Zəngi" şirkəti separatçıların danışıqlarının məxfiliyini qorumaq istiqamətində addımlar atacaq. Belə ki, mülki danışıq operatoru hərbiləşdiriləcək. Şirkətin rəhbəri Vahram Martirosyan bildirib ki, bu ideya 2016-cı ilin aprel müharibəsindən sonra gündəmə gəlib. Məqsəd müasir və qorunan rabitə sisteminin yaradılmasıdır. Araik Arutyunyan da daxil olmaqla separatçı rejimin rəhbərliyi bu rabitə vasitəsindən istifadə etməklə danışıqların məxfiliyini təmin edə biləcəklər.

Hesab edirlər ki, bununla Azərbaycan kəşfiyyatının onları dinləməsinin qarşısını ala biləcəklər. Məlumatlara görə, "Zəngi" şirkəti 6 ay öncədən başlayaraq, infrastrukturun yaradılması istiqamətində işləyir.

Milli.Az


Etiketlər:  Araik Azərbaycan kəşfiyyatından qaçmaq üçün bunu etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ