Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda dəhşətli hadisə: Oyun oynayan azyaşlı qardaşların başından qaynar su töküldü - FOTO

Azərbaycanda dəhşətli hadisə: Oyun oynayan azyaşlı qardaşların başından qaynar su töküldü - FOTO

Tarix: 20 Iyul 2023 12:06

İyulun 2-də İsmayıllı rayonunda yaşayan ailə dəhşətli hadisə ilə üzləşib.

Bu barədə Oxu.az-a Məmmədli Rafiq məlumat verib.

O qeyd edib ki, iki övladı birdən ağır yanıq xəsarətləri alıb:

"Mətbəxdə qaz plitəsinin üzərində su qaynadırdıq. Bu zaman bizim xəbərimiz olmadan 2019-cu il təvəllüdlü oğlum Natiq Məmmədli və 2021-ci il təvəllüdlü oğlum Hüseyn Məmmədli qaz plitəsinin altında yerləşən elektrik sobasının qapağını açıb-bağlayaraq oyun oynamağa başlayıblar. Qapaqla oynayarkən qaz plitəsinin üstündəki qaynar su dolu qab sürüşərək uşaqların üzərinə aşıb. Nəticədə hər iki oğlum dəhşətli formada ağır yanıq xəsarətləri alıblar. Biz təcili yardım maşını ilə Bakıya gəldik. Bakıda xəstəxanalardan birində 17 gündür qalırıq. Onun 8 günü reanimasiyada keçib. Özüm avtoyumada işləyirəm. 600 manat maaş alıram. Həyat yoldaşım isə evdar qadındır. Bizim bu ağır sınaqdan təkbaşına çıxmağımız mümkün deyil. Həkimlər bizə övladlarımızın müalicəsi üçün 4 min manat lazım olduğunu bildiriblər. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (077) 571-32-62 (Məmmədli Rafiq)

Milli.Az


Etiketlər:  Azərbaycanda dəhşətli hadisə Oyun oynayan azyaşlı qardaşların başından qaynar töküldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ