Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2019 13:56
"Fənərbaxça" Superliqanın 9-cu turunda "Konyaspor"la oyuna ciddi itki ilə çıxacaq.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Maks Kruze zədə səbəbi ilə meydanda olmayacaq. Zədəsini yenicə bərpa edib, komandayla məşqlərə qoşulan 31 yaşlı hücumçu dünənki məşqdə ağrı hiss edərək, məşqi yarımçıq buraxıb. Onun ən azı, 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Qeyd edək ki, "Fənərbaxça" 8 turdan sonra 14 xalla 3-cü qərarlaşıb.