Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail qazı Türkiyədən Avropaya nəql ediləcək

İsrail qazı Türkiyədən Avropaya nəql ediləcək

Tarix: 21 Iyul 2023 14:52

İsrail qazı Türkiyədən Avropaya nəql ediləcək.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrindən dönüşü zamanı jurnalistlərə açıqlamasında deyib.

"Aralıq dənizindən Avropaya təbii qazın daşınması xərcləri çox yüksəkdir. Sabiq enerji və təbii sərvətlər nazirimiz Berat Albayrakın dövründə belə bir addım atılıb. Yenidən atacağımız bu addımla ilk dəfə İsrailin baş naziri Benyamin Netanyahu ilə müzakirələr aparacağıq. Ümid edirəm ki, bu, Türkiyə-İsrail münasibətlərində daha uğurlu bir dövrün başlanğıcı olacaq",- deyə o əlavə edib.

Qeyd edək ki, Benyamin Netenyahu 28 iyul tarixində Türkiyəyə səfər edəcək.

Milli.Az


Etiketlər:  İsrail qazı Türkiyədən Avropaya nəql ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ