Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aygün Kazımovadan 23 il sonra yeni "Ay və Gün" - VİDEO

Aygün Kazımovadan 23 il sonra yeni

Tarix: 22 Iyul 2023 11:25

Xalq artisti Aygün Kazımova 23 il sonra məşhur mahnısı "Я и ты"ya yeni nəfəs verib.

Milli.Az bildirir ki, Pop diva bu dəfə bəstəni Azərbaycan dilində oxuyub və albom şəklində təqdim edib. Kazımovanın "Ay & Gün" adı verilən albomunda sözügedən mahnının dörd fərqli versiyası yer alıb: bir orijinal, 3 remiks.

Müğənninin məşhur diceylərlə hazırladığı "Ay və Gün" Ep albomunda yer alan mahnılar klub ritmləri ilə, yay ab-havasında hazırlanıb. Sözügedən mahnıya diceylər - Vugarixx, Maya Aziz, Dj Tim öz fərqli remikslərini ediblər.

Albom musiqi platformalarında artıq öz yerini alıb. Pop diva mahnı üçün "Ay və Gün" obrazında obyektiv qarşısına keçib. İfaçının obrazı üzərində stilist Ruxa çalışıb. Fotoları isə Elbəy Sadıxlı lentə alıb.

Milli.Az


Etiketlər:  Aygün Kazımovadan 23 il sonra yeni Ay Gün VİDEO


RƏYLƏR