Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çox təhlükəlidir: Rusiya qalib gəlsə... - Danilov

Çox təhlükəlidir: Rusiya qalib gəlsə... - Danilov

Tarix: 27 Iyul 2023 13:00

Onlar nə istəyirlər, edə bilərlər. Onlar üçün ümumiyyətlə beynəlxalq hüquq yoxdur. Bu, dünya üçün böyük faciədir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov ABŞ Dövlət Departamentinin Rusiyanın Qara dənizdə "yalançı bayraq əməliyyatı" hazırlaya biləcəyi barədə məlumatını şərh edərkən deyib.

A.Danilov qeyd edib ki, Rusiyaya hər hansı güzəşt çox təhlükəlidir:

"Çox, çox təhlükəli vəziyyətdir. Diqqətlə izləməliyik ki, bu sərhədi keçməsinlər. Bu baş verərsə (Rusiya qalib gəlsə - red.), o zaman hər bir ölkənin müəyyən beynəlxalq məsələlərin həlli üçün güc tətbiq etmək hüququ olacaq. Onda biz hansı dünyadan danışacağıq?"


Etiketlər:  Çox təhlükəlidir Rusiya qalib gəlsə Danilov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ