Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hava limanında əcnəbinin alt paltarından qızıl tapıldı

Hava limanında əcnəbinin alt paltarından qızıl tapıldı

Tarix: 27 Iyul 2023 14:34

39 yaşlı Özbəkistan vətəndaşının alt paltarında gömrük qeydiyyatından keçməmiş qızıl-zinət əşyaları aşkar edilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Moskvada baş verib.

"Vnukovo" hava limanına gələn sərnişini "yaşıl dəhliz"də saxlayıblar. Sərnişinin baqajından müfəttişlər 13 qutu "Apple", "Samsung" və "Sony" markalı məişət texnikası, eləcə də qiymətli daşlar üçün 40 GIA və IGI sertifikatı aşkar ediblər.

Sərnişin bildirib ki, o, Birləşmiş Ərəb Əmirliklərinin əsas aviaşirkətlərindən birində işləyir və qohumlarını ziyarət etmək üçün Moskvaya gəlib, onlara hədiyyələr gətirib.

Sərnişin saxlanılıb.

Qaçaqmalçıya qarşı cinayət işi başlanıb, onu 7 ilə qədər həbs gözləyir.

Milli.Az


Etiketlər:  Hava limanında əcnəbinin alt paltarından qızıl tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ