Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qərbi Azərbaycan İcması Fransanın Laçın yolu ilə bağlı bəyanatını qınadı

Qərbi Azərbaycan İcması Fransanın Laçın yolu ilə bağlı bəyanatını qınadı

Tarix: 28 Iyul 2023 10:45

Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 2023-cü il 27 iyul tarixli qərəzli bəyanatını qınayır və Fransanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırır.

İcmadan verilən xəbərə görə, Qərbi Azərbaycan İcması Fransanı ikili standartlar siyasətinə son qoymağa, beynəlxalq hüququn norma və prinsiplərini selektiv şəkildə təfsir etməməyə, İcma ilə dialoqun aparılması və qərbi azərbaycanlıların sülh və əmin-amanlıq şəraitində Ermənistanda öz dədə-baba yurdlarına qayıtması üçün Ermənistana çağırış etməyə dəvət edir.

Milli.Az


Etiketlər:  Qərbi Azərbaycan İcması Fransanın Laçın yolu ilə bağlı bəyanatını qınadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ