Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2019 02:00
Bakı. Trend:
ABŞ-ın Kaliforniya ştatının hakimiyyəti ştatın şimalında baş verən meşə yanğınları səbəbindən 50 min nəfərin təxliyyəsinə dair göstəriş verıb.
Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi bildirib.
Məlumata əsasən, Hildsberg və Vindzor kimi şəhərlərin sakinləri tamamilə təxliyyə ediləcək. Hakimiyyət orqanları küləyin sürətinin 38 m/s qədər çata biləcəyi barədə xəbərdarlıq edib.
Amerikanın enerji şirkəti "Pacific Gas and Electric" (PG&E), öz növbəsində, elektrik enerjisinin planlı bir şəkildə kəsilməsi nəticəsində təxminən 940 min istehlakçının işıqsız qalacağını deyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin