Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2023 18:12
Özbəkistanda toyların ən qədim ənənələrindən birinə qadağa qoyulub. Bundan sonra evlənən gənclərin başına pul səpməyə icazə verilməyəcək.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu barədə Özbəkisdan DİN məlumat yayıb.
Məlumatda deyilir ki, qərar dövlət rəmzlərinə hörmətlə yanaşmaq məqsədi ilə qəbul edilib:
"Hörmətli həmvətənlər! Sizi Özbəkistanın əskinaslarında çap olunmuş dövlət rəmzlərinə hörmətlə yanaşmağa çağırırıq"
Qeyd edək ki, Özbəkistanda ənənəvi olaraq toylarda yeni evlənən gənclərin başına əskinaslar yağdırılır ki, həyatları boyu onları zənginlik və uğur müşayiət etsin.